Roma Papası Türkiyəyə SƏFƏR EDƏCƏK
Roma Papası XIV Leo-nun Livana planlaşdırılan apostol səfəri Türkiyəyə də səfərlə müşayiət olunacaq.
Ajans.az xəbər verir ki, bu barədə Vatikanın məlumatlı mənbəsi TASS-a açıqlamasında bildirib.
Pontifikin hər iki ölkəyə səfəri noyabr ayının sonuna nəzərdə tutulur.
“Papa atam Livana və Türkiyəyə gedəcək”, - deyə Vatikan mənbəsi səfərin təsdiqləndiyini qeyd edib.
Bundan əvvəl Antakya və Bütün Şərq Maronit Patriarxının vikarı, arxiyepiskop Paul Nabil əl-Sayyah pontifikin Livana səfərinin mümkünlüyü barədə açıqlama vermişdi. Maronit Kilsəsinin rəhbəri Patriarx Beçara Butros əl-Rai isə "Əl Ərəbiyyə" telekanalına müsahibəsində Papanın səfərinin noyabrın sonunadək baş tuta biləcəyini bildirmişdi.
Türkiyə tərəfi isə səfərin 30 noyabrda - Müqəddəs Endryu Günündə baş tutacağını təsdiqləyib.
Mövzular: