Reklam resmi
Reklam resmi

İsrail artıq Qəzzanın ətrafını nəzarətə götürməyə BAŞLADI

İsrail artıq Qəzzanın ətrafını nəzarətə götürməyə BAŞLADI
Dünya

HƏMAS İsrail Müdafiə Qüvvələrinin (İMQ) Qəzza zolağında son hücumundan sonra "döyülmüş və əzilmiş partizan təşkilatı"dır.

Ajans.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İMQ sözçüsü general-mayor Effi Defrin mətbuat konfransında bildirib.

"Biz terror istinadgahı olan Qəzza şəhərində HƏMAS-a, yer üstündə və yer altında terror infrastrukturuna zərbələri dərinləşdirəcək və əhalinin HƏMAS-la əlaqəsini kəsəcəyik", - deyə o bildirib.

Defrin bildirib ki, İMQ artıq şəhərin ələ keçirilməsi planlaşdırılan hücumdan əvvəl Qəzzada ilkin əməliyyatlara başlayıb.

"İMQ qüvvələri artıq Qəzza şəhərinin ətraflarını nəzarətə götürür", - deyə o bildirib.

Mövzular:
İsrail Qəzza hücum nəzarət

Digər Xəbərlər