ABŞ-da 37 kəşfiyyat rəsmisinin təhlükəsizlik icazəsi ləğv edildi
ABŞ-da Donald Tramp administrasiyasının 37 milli kəşfiyyat rəsmisinin təhlükəsizlik icazəsini ləğv etdiyi bildirilib.
Ajans.az Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard sosial mediasına istinadən xəbər verir ki,təhlükəsizlik icazələrinin “imtiyaz” olduğunu vurğulayıb:
“İctimai etimaddan sui-istifadə edən, kəşfiyyatı siyasiləşdirən, məxfi məlumatları icazəsiz sızdıran və ya peşəkar standartları kobud şəkildə pozan 37 fəal və keçmiş kəşfiyyat məmurunun təhlükəsizlik icazələri ləğv edilib.”
Mövzular: