“Şeytan fırtınası” İspaniyanın cənub kurortlarını vurdu
İspaniyanın cənub sahillərində — Kosta Qranadinada “Şeytan fırtınası” adlandırılan güclü təbii hadisə baş verib. Tufan səbəbindən turistlər çimərlikləri təcili şəkildə tərk etməli olublar.
Ajans.az Daily Mail istinadən xəbər verir ki, havanın temperaturu qəfil olaraq 40 dərəcəyə qədər yüksəlib, güclü külək isə çimərliklərdəki çətirləri və şezlonqları qumdan qopararaq dənizə aparıb. Motril və Almunyekar kurortlarında iki tornado və su qovşağı qeydə alınıb.
Hadisənin şahidləri küləyi Sahara çölündən gələn isti küləyə bənzədiblər. Güclü külək çimərlikdə əşyaları aşırıb və xüsusilə uşaqlarda panika yaradıb.
Mövzular: