Ajans.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

"Biz indi Ukraynaya heç nə vermirik, biz silah satırıq", - Vaşinqtonun Kiyevə daha nə qədər yardım göndərməyə hazır olduğu barədə sualı cavablandırarkən Tramp söyləyib.

O, həmçinin "atəşkəs istəmədiyini", əvəzində barışıq və uzunmüddətli sülh istədiyini bildirib.