Reklam resmi
Reklam resmi

Trampdan görüşlə bağlı AÇIQLAMA: Mən nə etdiyimi...

Trampdan görüşlə bağlı AÇIQLAMA: Mən nə etdiyimi...
Dünya

Bu münaqişələri illərlə idarə edib heç bir nəticə əldə edə bilməyən insanların məsləhətinə ehtiyacım yoxdur. Onlar axmaq və başa düşmək qabiliyyəti olmayan adamlardır, vəziyyəti daha da çətinləşdirirlər.

Ajans.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında Rusiya-Ukrayna münaqişəsi ilə bağlı yazıb.

Tramp bildirib ki, məqsədi müharibəni daha da uzatmaq yox, dayandırmaqdır.

“Bütün bu yüngül çəkili və paxıl tənqidçilərə baxmayaraq, mən bunu həll edəcəyəm – həmişə etdiyim kimi!” - Tramp əlavə edib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynaya müəyyən formada təhlükəsizlik zəmanətləri təqdim olunacaq.

"Təhlükəsizliyə gəlincə, çox kömək olacaq, çox kömək olacaq. Onlar, ilk müdafiə xəttindədirlər, çünki oradadırlar, amma biz də onlara kömək edəcəyik. Biz bu prosesdə iştirak edəcəyik”, - Tramp vurğulayıb.

Mövzular:
Tramp ABŞ Ukrayna görüş münqaişə həll

Digər Xəbərlər