HƏMAS İsrailə atəşkəs TƏKLİF ETDİ
Fələstinin HƏMAS Hərəkatı İsrailə atəşkəs təklif edib.
Ajans.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
“HƏMAS atəşkəs təklifi verib. Fələstin hərəkatının qərarı Təl-Əvivə vasitəçilər vasitəsilə çatdırılıb”, - məlumatda bildirilib.
HƏMAS-ın mümkün atəşkəs durumunda Qəzza zolağında saxladığı israilli girovların yarısını Təl-Əvivə təhvil verəcəyi qeyd edilib.
Mövzular: