Reklam resmi
Reklam resmi

Bakının bu ərazilərində QAZ OLMAYACAQ

Bakının bu ərazilərində QAZ OLMAYACAQ
Cəmiyyət
316

Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçəsinin kəsişməsi, M.Mehdizadə küçəsi, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən "30-cu sahə" QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 19-u saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Ajans.az xəbər verir ki, bu barədə məlumat "Azəriqaz" İB-dən bildirilib.

Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani və Y.Səfərov küçələri, 8 Noyabr prospektinin bir hissəsi və Babək prospekti, Nizami rayonu üzrə isə B.Çobanzadə və NZS qəsəbəsinin Yavər Səfərov küçələri qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mövzular:
qaz yoxdu bəzi ərazi Bakı

Digər Xəbərlər