Reklam resmi
Reklam resmi

Rusiyada bir gecədə üç nəfər bıçaqlanıb

Rusiyada bir gecədə üç nəfər bıçaqlanıb
Dünya

Yekaterinburq, Rusiya – Şəhərin Novqorodtsevaya küçəsində bir gecə ərzində üç nəfər bıçaqla hücuma məruz qalıb.

Ajans.az E1-ə istinadən xəbər verir ki, birinci hadisə mağaza yaxınlığında baş verib – kişi arvadını gözləyərkən bıçaqla hücuma məruz qalıb. Daha iki sakin isə supermarket və 24 saatlıq mağaza yaxınlığında bıçaqlanıb.

İlkin məlumata görə, hücumlar bir-biri ilə əlaqəli deyil. Bütün qurbanlar hazırda sağdır və tibbi yardım alıblar.

Polis hadisələri araşdırır və ictimaiyyətə təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yekaterinburq Rusiya

Digər Xəbərlər