Məhşur aparıcı efirdə uşağını itirdi
Britaniyalı televiziya ulduzu Zoe Uilyams canlı efirdə uşağını itirdiyini açıqlayıb.
Ajans.az The Mirror-a istinadən xəbər verir ki, Uilyams “This Morning” (“Bu səhər”) proqramında danışarkən, məhz həmin verilişdə iştirak etdiyi vaxt hamiləliyinin yarımçıq başa çatdığını bildirib:
“Burada, bu divanda oturmuşdum, qan içində idim”, – deyə o, xatırlayıb.Televiziya ulduzunun sözlərinə görə, bu, onun ikinci hamiləliyi olub və hər iki dəfə də uşaq itkisi erkən mərhələdə baş verib.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında Zoe Uilyams xəstəxanaya yerləşdirilmiş, vəziyyətinin ağır olması səbəbindən hətta təcili vəsiyyət etdiyini də açıqlamışdı.
Mövzular: