Reklam resmi
Reklam resmi

Avropa çimərliyində 19 yaşlı qıza təcavüz iddiası

Avropa çimərliyində 19 yaşlı qıza təcavüz iddiası
Dünya

Avropanın məşhur turist çimərliyində 19 yaşlı qadın tələbə tərəfindən zorlanıb.

Ajans.az The Sun-a istinadən xəbər verir ki, hadisə iyulun əvvəlində Böyük Britaniyanın Bornmut şəhərindəki ictimai tualetdə baş verib. Təqsirləndirilən 18 yaşlı tələbə Məhəmməd Abdulla avqustun 14-də Kral Məhkəməsi qarşısına çıxarılıb. O, özünü təqsirli bilmir.

Dorset Polisinin Ağır Cinayətlər Bölməsinin detektiv müfəttişi Şon İnkpen bildirib ki, şübhəli şəxs hücumdan sonra Middlesex bölgəsinin West Drayton şəhərindəki evində saxlanılıb.

Məlumata görə, Abdulla 2023-cü ildə Suriyadan Böyük Britaniyaya köçərək sığınacaq istəyib və qısa müddət sonra ona ölkədə daimi yaşayış icazəsi verilib.

İş üzrə yeni məhkəmə iclası 2026-cı il mayın 5-də keçiriləcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
Avropa The Sun Böyük Britaniya

Digər Xəbərlər