Reklam resmi
Reklam resmi

Tramp-Zelenski görüşünün saatı məlum olub

Tramp-Zelenski görüşünün saatı məlum olub
Dünya

ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski arasında bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək.

Ajans.az-ın xəbərinə görə, bu barədə Donald Trampın görüşlərinə dair Ağ Evin dərc etdiyi cədvəldə qeyd olunur.

D.Tramp və V.Zelenski arasında görüş Ukrayna münaqişəsinin həllinə həsr olunacaq. V.Zelenski ilə birlikdə Ağ Evə Trampla görüşə yollanacaq liderlər arasında Almaniya Kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Corciya Meloni, Böyük Britaniyanın Baş naziri Kir Starmer və NATO-nun baş katibi Mark Rütte də var.

Bakı vaxtı ilə saat 23:00-da isə Tramp və Avropa liderlərinin çoxtərəfli görüşünün başlanması planlaşdırılır.

Mövzular:
ABŞ Donald Tramp Volodimir Zelenski

Digər Xəbərlər