Stiv Uitkoffdan AÇIQLAMA: Rusiya Ukraynanın...
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff deyib ki, Rusiya Ukraynanın beş regionu üzrə güzəştə gedib.
Ajans.az xəbər verir ki, xüsusi elçisi bunu CNN-nin efirində bildirib.
Uitkoff məhz hansı beş regiondan söhbət getdiyini dəqiqləşdirməyib.
Stiv Uitkoff bəyan edib Moskva Ukraynanın beş regionu ilə bağlı güzəştə getməyə razılıq verib.
Onun sözlərinə görə, Vaşinqton Rusiya ilə Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini avqustun 18-də Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirəcəyi görüşdə müzakirə edəcək.
“Ukrayna münaqişəsinin həlli üzrə əsas məsələ ərazilərin mübadiləsi məsələsidir. Biz bunu bazar ertəsi müzakirə etmək niyyətindəyik. Ümid edirəm, bu mövzuda müəyyən aydınlıq əldə edəcəyik və ümid edirəm ki, bu, çox yaxın zamanda sülh sazişi ilə nəticələnəcək», – deyə o bildirib.
O digər kanalda müsahibəsində də qeyd edib: "Ukraynada atəşkəsə ehtiyac yoxdur, çünki artıq sülh sazişi müzakirə olunur".
"Atəşkəs, ümumiyyətlə, sülh sazişinin ilkin şərtidir. Prezident Tramp həmişə bu mənada atəşkəsdən danışıb, lakin o, Putinlə görüşündə çoxlu qələbələr qazanıb və başa düşüb ki, biz indi sülh sazişi haqqında danışa bilərik. Əsas məqsəd sülh sazişidir", - Uitkoff bildirib.