Reklam resmi
Reklam resmi

Netanyahu Qəzzada "sonsuz müharibə" barədə xəbərdarlıq etdi

Netanyahu Qəzzada \"sonsuz müharibə\" barədə xəbərdarlıq etdi
Dünya

"Qəzza zolağında HƏMAS hərəkatını darmadağın etmədən atəşkəs bölgədə "sonsuz müharibəyə" gətirib çıxaracaq".

Ajans.az TASS-a istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında deyib.

"Bu gün HƏMAS-ı darmadağın etmədən müharibəni dayandırmağa çağıran hər kəs, nəinki HƏMAS-ın mövqeyini gücləndirir və girovların azad edilməsini gecikdirir, həm də 7 oktyabr 2023-cü il tarixində baş vermiş vəhşiliklərin təkrarlanacağına zəmanət verir", - deyə o vurğulayıb.

Baş nazirin sözlərinə görə, nəticədə İsrail əsgərləri "sonsuz müharibədə dəfələrlə vuruşmağa" məcbur olacaqlar.

Mövzular:
Qəzza "sonsuz müharibə" Benyamin Netanyahu İsrail

Digər Xəbərlər