Reklam resmi
Reklam resmi

Ərdoğandan ABŞ və Rusiya liderlərinin görüşünə REAKSİYA

Ərdoğandan ABŞ və Rusiya liderlərinin görüşünə REAKSİYA
Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ liderlərinin Alyaskada keçirilən görüşünü alqışlayıb. O, bu prosesin Ukrayna Prezidentinin iştirakı ilə davam edəcəyinə ümidvar olduğunu bildirib.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə lideri sosial şəbəkələrdə müvafiq paylaşım edib.

“Prezidentlər Donald Tramp və Vladimir Putinin Alyaskadakı görüşü Rusiya-Ukrayna müharibəsinə son qoymağın yollarını tapmaq üçün yeni stimul oldu. Biz bu görüşdən məmnun olduğumuzu bildirir, ümid edirik ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu yeni prosesdə iştirak edəcək və beləliklə, uzunmüddətli sülhün təməli qoyulacaq”, -deyə Ərdoğanın şənbə günü etdiyi paylaşımda vurğulanır.

Mövzular:
Türkiyə ABŞ Rusiya Görüş Rəcəb Tayyib Ərdoğan

Digər Xəbərlər