18 yaşlı hamilə qız bir həftədir itkindir
Massaçusets ştatının Rehoboth şəhərində 18 yaşlı hamilə qadın Kylee Monteiro-nun itkin düşməsindən bir həftə keçir. Onun ailəsi və polis axtarışları davam etdirir.
Ajans.az Rehoboth Polis Departamentinə istinadən xəbər verir ki, iki ay yarım əvvəl Attleboro Liseyini bitirən və 11 həftəlik hamilə olan Monteiro sonuncu dəfə 7 avqustda County Street ərazisində görülüb.
Bacısı Faith Monteiro ABC News-a bildirib ki, Kayli bir müddətdir Pembrok şəhərində hamilə qadınlar üçün sığınacaqda qalırdı. O, sevgilisi ilə münasibətlərində məişət münaqişələri yaşayır, itkin düşməzdən əvvəl isə mübahisə etmişdi. Bacısının sözlərinə görə, gənc qadın son dəfə zəng edərək həyatı üçün qorxduğunu deyib.
Polis Monteiro-nu 6 fut boyunda, qəhvəyi saçlı kimi təsvir edib. İtkin düşərkən üzərində ön tərəfində “Get Over It” yazılı qırmızı köynək, yırtılmış mavi cins şalvar, qara çəkmə və içərisində əşyaları olan ağ çanta olub.
Onun yerini bilən, yaxud hadisə ilə bağlı məlumatı və video görüntüləri olan şəxslərdən Rehoboth Polis Departamenti ilə əlaqə saxlamaları xahiş olunur.