Marko Rubiodan AÇIQLAMA: ABŞ hər şey edəcək, amma...
ABŞ Ukraynada sülhün əldə olunması üçün hər şey edəcək, lakin sülhlə bağlı yekun qərarı Moskva və Kiyev verməlidir.
Ajans.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
"Sabah hər şey aydın olacaq, söhbətin necə getdiyini görəcəyik. Sülhə ümid edirik. Biz buna nail olmaq üçün əlimizdən gələni edəcəyik, amma son nəticədə Ukrayna və Rusiyan bu barədə razılığa gəlməlidirlər",- ABŞ Dövlət katibi qeyd edib.
Mövzular: