Reklam resmi
Reklam resmi

Pələng fermeri öldürüb, mühafizəçini yaraladı

Pələng fermeri öldürüb, mühafizəçini yaraladı
Dünya

Hindistanın Bihar ştatında pələng fermerə hücum edərək onu parçalayıb, hadisə yerinə gələn mühafizəçini isə yaralayıb.

Ajans.az Deccan Heralda istinadən xəbər verir ki, hadisə avqustun 11-də Valmiki Pələng Qoruğunun yaxınlığındakı Qoraqat kəndində baş verib. 67 yaşlı fermer Mathur Mahto tarlasında işləyərkən vəhşi heyvanın hücumuna məruz qalıb və hadisə yerində ölüb.

Fermerin itməsindən narahat olan kənd sakinləri yerdə pələng izlərini aşkar edərək meşə idarəsinə məlumat veriblər. Əraziyə gələn patrul əməkdaşları axtarış zamanı Mahtonun cəsədinin qalıqlarını tapıblar. Qalıqları götürmək istəyəndə pələng kolların arasından çıxaraq onlardan birinə hücum edib və dərhal gözdən itib. Yaralanan mühafizəçi xəstəxanaya yerləşdirilib, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Avqustun 12-də səhər saatlarında yırtıcının tutulması üçün əməliyyat keçirilib. Pələngin qoca və çox arıq olduğu müəyyən edilib.

Bundan əvvəl Hindistanda daha bir kişinin “insan yeyən” pələngin hücumuna məruz qaldığı və hadisənin yerli əhali arasında panikaya səbəb olduğu bildirilmişdi.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Hindistan pələng

Digər Xəbərlər