Ekipaj kosmosa çıxmağa hazırlaşır
Çinin “Shenzhou-20” idarə olunan kosmik gəmisinin ekipajı Yerə yaxın “Tiangong” orbital stansiyasında növbəti açıq kosmos əməliyyatına hazırlaşır.
Ajans.az Sinxua agentliyi Çin Kosmik Uçuş Proqramı İdarəsinə istinadən xəbər verir ki,yaxın günlərdə “Shenzhou-20” taikonavtlarının üçüncü kosmosa çıxışı baş tutacaq. Ekipaj “kosmik həyat elmləri və insan bədəni üzrə tədqiqatlar, fundamental mikroqravitasiya fizikası və yeni kosmik texnologiyalar sahəsində təcrübələrdə davamlı irəliləyiş əldə edib”.
Xatırladaq ki, iyul ayında “Tianzhou-9” yük gəmisi “Tiangong” stansiyasına yanaşmışdı. İyun ayında isə ekipaj üzvlərindən Chen Dong və Chen Zhongrui ikinci açıq kosmos əməliyyatlarını həyata keçirmişdi.
Apreldə Chen Dong, Chen Zhongrui və Wang Jie-nin daxil olduğu heyətlə “Shenzhou-20” idarə olunan kosmik gəmi “Tiangong” stansiyasına göndərilmişdi.
Mövzular: