Reklam resmi
Reklam resmi

Pakistanda terror hücumları: 5 ölü, 8 yaralı

Pakistanda terror hücumları: 5 ölü, 8 yaralı
Dünya

Pakistanın Xayber-Paxtunxva əyalətinin şimal-qərbində terrorçuların polisə qarşı silsilə hücumları nəticəsində beş zabit həlak olub, səkkiz nəfər yaralanıb.

Ajans.az Reuters-ə istinadən xəbər verir ki,cümə axşamı dörd hücum qeydə alınıb və bunlardan üçü zabit itkisi ilə nəticələnib. Cümə axşamı səhər saatlarında Yuxarı Dir rayonunda silahlı şəxslərin polis mikroavtobusunu pusquya salması nəticəsində üç zabit ölüb, yeddisi yaralanıb.

Həsən Xelin ətrafında silahlı şəxslər polis bölməsinə avtomat silahlardan atəş açıblar. Peşəvər şəhərinin polis zabiti Qasim Əli Xan bildirib ki, bu hücumlarda bir zabit ölüb, digəri yaralanıb. Digər iki gecədə hücumlar Aşağı Dir rayonunun Lajbok ərazisində bir zabitin öldüyü və Bannu rayonundakı polis nəzarət məntəqələrinə edilən hücumlarda itki olmadığı bildirilib.

Pakistanın terror qruplaşması Təhrik-i-Taliban Pakistan (TTP) 2007-ci ildən hökuməti devirmək və İslam hüququnun öz versiyası ilə əvəz etmək məqsədilə dövlətə qarşı mübarizə aparır. 2022-ci ilin sonunda TTP hökumət ilə atəşkəsi ləğv etdikdən sonra hücumlar sürətlənib.

Müstəqil Pakistan Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2024-cü ildə TTP ölkə daxilində 335 hücum həyata keçirib və nəticədə 520 nəfər həyatını itirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Pakistan Xayber-Paxtunxva terror hücumları

Digər Xəbərlər