Gəmi faciəsi: 27 nəfər həlak olub
Birləşmiş Millətlər Təşkilatı (BMT) İtaliyanın Lampeduza sahillərində qaçqınları daşıyan gəminin batması nəticəsində ölənlərin sayının 27-yə yüksəldiyini açıqlayıb.
Ajans.az BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi-ə istinadən xəbər verir ki, bu, Mərkəzi Aralıq dənizində baş verən ən son faciələrdən biridir. Onun sözlərinə görə, təkcə 2025-ci ildə bölgədə 700-dən çox qaçqın və qeyri-qanuni miqrant həyatını itirib.
Qrandi dənizdə xilasetmə əməliyyatlarının gücləndirilməsini, təhlükəsiz marşrutların yaradılmasını, tranzit ölkələrə dəstəyin artırılmasını və miqrasiyanın əsas səbəblərinin aradan qaldırılması istiqamətində tədbirlərin vacibliyini vurğulayıb.
Mövzular: