Reklam resmi
Reklam resmi

Alimlər “zombi dovşanları” aşkar ediblər

Alimlər “zombi dovşanları” aşkar ediblər
Dünya

ABŞ-ın Kolorado ştatında üzlərində buynuza bənzər böyümələr olan dovşanlar sakinlərin və sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Fort Kollinz şəhərində görüntülənən pambıqquyruq dovşanlar “Frankenşteyn dovşanları”, “cin dovşanları” və “zombi dovşanları” kimi ləqəblərlə anılsa da, mütəxəssislər qorxuya əsas olmadığını bildirirlər.

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, bu qeyri-adi görünüşün səbəbi Shope papillomavirusu adlı, əsasən zərərsiz bir virusdur. Virus dovşanların üzündə və bədənində ziyilə bənzər, böyüdükcə isə buynuz kimi görünən şişkinliklər əmələ gətirir. Bu vəziyyət qədim folklorda “buynuzlu dovşan” obrazının formalaşmasına, həmçinin Şimali Amerikada məşhur olan “cakalo” mifinə ilham verib.

Shope papillomavirusu 1930-cu illərdə Rokfeller Universitetinin professoru Riçard E. Shope tərəfindən kəşf olunub. Alimlər bu xəstəliyi araşdıraraq viruslarla xərçəng arasındakı əlaqə, o cümlədən insan papillomavirusunun (HPV) servikal xərçənglə bağlılığı barədə mühüm bilgilər əldə ediblər.

Kolorado Parkları və Vəhşi Təbiət İdarəsinin sözçüsü Kara Van Hoose bildirib ki, yay aylarında, virusu yayan gənə və birələrin aktiv olduğu dövrdə belə dovşanlara rast gəlmək adi haldır. Virus yalnız dovşanlar arasında yayılır və insanlara, eləcə də digər heyvan növlərinə keçmir.

Van Hoose-un sözlərinə görə, əgər böyümələr dovşanın görməsinə və qidalanmasına mane olmursa, heyvan üçün ciddi təhlükə yaratmır. Dovşanların immun sistemi virusla mübarizə apararaq böyümələri zamanla yox edə bilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Associated Press

Digər Xəbərlər