Reklam resmi
Reklam resmi

Əgər Putin atəşkəslə razılaşmasa, Rusiya...

Əgər Putin atəşkəslə razılaşmasa, Rusiya...
Dünya

Rusiya prezidenti Vladimir Putin Donald Trampla görüşdən sonra atəşkəslə razılaşmasa, Rusiya ciddi nəticələrlə üzləşəcək.

Ajans.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evin “YouTube” kanalında yayımlanan Con Kennedi adına İncəsənət Mərkəzindəki çıxışı zamanı deyib.

Onun fikrincə görüş uğurlu olarsa o, Putin və Zelenski tezliklə birgə danışıqlar aparacaqlar.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymağa razı olmayacağı təqdirdə, rəsmi Moskvaya qarşı cavab tədbirləri görüləcəyini bildirib.

Jurnalistin Moskvaya qarşı konkret rüsumlar və ya sanksiyalar ilə bağlı sualına Tramp: “Bu barədə danışmayacağam”, - deyə cavab verib.

author picture
Zülfiyə Ağa
Mövzular:
Rusiya Ukrayna hərbi münaqişə sülh ABŞ

Digər Xəbərlər