Ana körpəsini güclü dərman ilə öldürdü
Rusiyanın Buryatiya bölgəsində iki aylıq körpəsini güclü təsirli dərman iynəsi vuraraq öldürən qadına qarşı ittiham irəli sürülüb.
Ajans.az Rusiya İstintaq Komitəsinin Buryatiya üzrə İstintaq İdarəsinə istinadən xəbər verir ki,hadisə 2024-cü ilin oktyabrında Ulan-Ude şəhərində baş verib. İlkin istintaq məlumatına görə, qadın körpəsinin davamlı ağlamasına əsəbiləşib, onu döyüb, daha sonra isə baş nahiyəsinə bir neçə dəfə tromboz üçün nəzərdə tutulmuş dərman iynəsi vurub. Bir müddət sonra uşağın nəfəsi dayanıb. Ana hadisədən sonra dostunun evində gizlənməyə cəhd göstərib.
Babr Mash Telegram kanalının yazdığına görə, istifadə olunan dərman tromboz müalicəsində tətbiq olunur və güclü təsirə malikdir.
İlkin ifadəsində qadın hərəkətlərini affektiv vəziyyət və doğuşdan sonrakı depressiya ilə izah etməyə çalışsa da, tibbi ekspertiza bu iddianı təkzib edib. İstintaqın yaxın günlərdə başa çatacağı və işin baxılması üçün məhkəməyə göndəriləcəyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl Perm diyarının Berezniki şəhərində yeni doğulmuş körpənin eyvandan atılması hadisəsi baş vermişdi.