Reklam resmi
Reklam resmi

Əl sabunlarında təhlükəli bakteriya tapıldı

Əl sabunlarında təhlükəli bakteriya tapıldı
Dünya

ABŞ və Puerto Rikoda satılan bir sıra əl sabunları, təmizləyicilər və antiseptiklər, həyati təhlükə yarada biləcək Burkholderia cepacia bakteriyası ilə çirklənmə səbəbindən könüllü olaraq geri çağırılıb.

Ajans.az DermaRite Industries şirkətinə istinadən xəbər verir ki,geri çağırışa aşağıdakı məhsulların daxil olduğunu açıqlayıb:

  • E vitamini tərkibli DermaKleen antiseptik losyon sabunu (1000 ml və 800 ml)

  • Aloe vera ilə KleenFoam antibakterial köpük sabunu (1000 ml)

  • DermaSarra xarici analjezik

  • 7,5 unsiya ölçüdə antiseptik təmizləyici

Geri çağırılan məhsulların son istifadə tarixləri 2024-cü ilin iyulundan 2027-ci ilin fevralına qədər dəyişir.

Şirkət indiyədək məhsulların istifadəsi ilə bağlı hər hansı mənfi hadisə barədə məlumat almadığını bildirsə də, laboratoriya analizləri nəticəsində ciddi və həyati təhlükəsi olan infeksiyalara səbəb ola biləcək bakteriyanın aşkarlandığını təsdiqləyib.

Mütəxəssislərin sözlərinə görə, bakteriya sağlam insanlarda daha çox yerli dəri infeksiyalarına yol aça bilər. Lakin immun sistemi zəif olan şəxslərdə infeksiya qan dövranına yayılaraq həyati təhlükə yaradan sepsisə səbəb ola bilər.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, Burkholderia cepacia torpaq və suda, həmçinin çirklənmiş səthlərdə və məhsullarda rast gəlinir. O, insandan insana təmas yolu ilə də yayıla bilər. Simptomlara qızdırma, yorğunluq və tənəffüs yolları infeksiyaları daxildir. Bəzi hallarda isə heç bir simptom müşahidə olunmaya bilər. Bakteriya bəzi antibiotiklərə qarşı davamlı olduğu üçün müalicəsi çətinləşə bilər.

DermaRite şirkəti distribyutorları və müştərilərə təsirlənmiş məhsulları dərhal inventardan çıxarmaq və məhv etmək barədə göstəriş verib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ bakteriya

Digər Xəbərlər