Sudanda vəba epidemiyası: 50 nəfər ölüb
Sudanda son bir həftədə baş verən vəba epidemiyası 50 nəfərin həyatına son qoyub.
Ajans.az Sudan Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkədə son bir həftədə 2 627 yeni vəba hadisəsi qeydə alınıb. Nazirlik eyni zamanda 50 nəfərin bu xəstəlikdən vəfat etdiyini açıqlayıb.
Rəsmi qurumlar əhalini vəba əlamətlərinə qarşı xəbərdar etməklə yanaşı, xəstəliyin yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsini tövsiyə edib.
Mövzular: