Reklam resmi
Reklam resmi

Dörd metrlik piton evə girərək pişiyi uddu

Dörd metrlik piton evə girərək pişiyi uddu
Dünya

Tailandın Anqtonq əyalətində 74 yaşlı qadının evinə dörd metrlik piton daxil olub.

Ajans.az The Thaiger-ə istinadən xəbər verir ki,Kasorn adlı qadın avqustun 10-na keçən gecə evində qəribə səslər eşidib və araşdırdıqda nəhəng pitonun içəri girdiyini görüb. Onun sözlərinə görə, ilan ev heyvanlarının ardınca sürünürdü. Qadın pitonu qovmağa çalışsa da, ilan tavan tirlərinə qalxaraq orada qalıb. Kasorn bütün gecəni ilanla eyni evdə keçirməyə məcbur olub.

Səhər qadın pişiklərindən birinin itdiyini görüb və pitonun onu udduğuna əmindir.

Hadisədən bir gün sonra xilasedicilər ilanı tutaraq evdən çıxarıb. İtən pişiyin taleyi isə dəqiqləşdirilməyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
The Thaiger Tailand

Digər Xəbərlər