Reklam resmi
Reklam resmi

Brad Pittin evi qarət olunub

Brad Pittin evi qarət olunub
Dünya

Los-Anceles polisi aktyor Brad Pittin evinin qarət edilməsi ilə bağlı dörd yeniyetmənin həbs olunduğunu açıqlayıb.

Ajans.az BBC-ə istinadən xəbər verir ki,saxlanılan şəxslər aktyorlar və peşəkar idmançılar da daxil olmaqla bir sıra tanınmış şəxslərin evlərini hədəf alan oğrular qrupunun üzvləridir.

Şübhəlilərdən ikisi 18, digərləri isə 17 və 16 yaşlıdır. Onların küçə dəstəsinin üzvləri olduğu bildirilir. Axtarışlar zamanı oğurluq əşyaları aşkar edilib.

Mütləq hədəflərin adları rəsmən açıqlanmasa da, yerli media bu il Nicole Kidman və Keith Urban, LA Dodgers beysbolçusu Yoshinobu Yamamoto və keçmiş LAFC futbolçusu Olivier Giroud-un da evlərinin qarət edildiyini yazıb.

İstintaq iyunun sonunda Brad Pittin Los Felizdəki evinə maskalı üç nəfərin basqınından sonra başlayıb. Oğrular mülkün hasarından aşıb, pəncərəni sındıraraq içəri daxil olub və əşyaları götürərək qaçıblar. Qarət zamanı aktyor evdə olmayıb – o, yeni filmi F1-in təqdimat turunda idi.

MakDonnell bildirib ki, oğrular cinayətləri planlaşdırarkən qurbanların iş qrafikini izləmək üçün evlərin qarşısına və ya yaxınlıqdakı yerlərə gizli kameralar yerləşdirib, həmçinin təhlükəsizlik sistemlərini sıradan çıxarmaq üçün Wi-Fi siqnallarını bloklayan qurğulardan istifadə ediblər.

Polis rəisi həm məşhurlara, həm də ictimaiyyətə xəbərdarlıq edib ki, sosial şəbəkələrdə səfər və tədbirlər barədə vaxtında paylaşım etmək potensial oğrulara fürsət yarada bilər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Brad Pitt Los-Anceles

Digər Xəbərlər