İyul ayı ərzində 8 milyona yaxın tibbi xidmət göstərilib
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin iyul ayı ərzində ümumilikdə 2 142 858 müraciət qeydə alınıb. Bunlardan 47 217-si stasionar, 2 095 641-i ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 7 % artım qeydə alınıb.
Ajans.az xəbər verir ki, İyul ayında göstərilən xidmət sayında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 7 921 888 (1 043 077 stasionar, 6 878 811 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 % artıb.
