Reklam resmi
Reklam resmi

Zavod partlayışında 9 nəfər həlak olub

Zavod partlayışında 9 nəfər həlak olub
Dünya

Braziliyanın Parana ştatında yerləşən Quatro Barras şəhərindəki Enaex Brasil şirkətinə məxsus istehsal müəssisəsində baş verən partlayış nəticəsində doqquz işçi həyatını itirib.

Ajans.az Agencia Brasil-a istinadən xəbər verir ki,şirkətin çərşənbə axşamı gecə verdiyi açıqlamaya görə, daha yeddi nəfər yüngül xəsarət alıb, onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Partlayış səhər saat 06:00 radələrində qeydə alınıb. Parana Yanğından Mühafizə İdarəsi hadisənin konkret bir binada baş verdiyini və əlavə partlayış riski olmadığını bildirib.

Yanğınsöndürmə xidmətinin rəisi, polkovnik Geraldo Hiller, təhlükəli şərait səbəbindən işlərin gecə və səhər saatlarında dayandırıldığını açıqlayıb. Onun sözlərinə görə, partlayış yaxınlıqdakı bir binanın qismən dağılmasına səbəb olub, həmçinin kompleksdəki digər tikililərdə qəlpə izləri, sınmış pəncərələr, çərçivələr və qapılar müşahidə olunub.

Elmi Polis hadisənin səbəblərini araşdıracaq və partlayışın gücü səbəbindən parçalanan bəzi cəsədlərin şəxsiyyətini müəyyənləşdirəcək

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Braziliya partlayış

Digər Xəbərlər