Netanyahu İran xalqına MÜRACİƏT ETDİ
İsrailin Baş naziri Benyamin Netanyahu xüsusi videomüraciətlə İran xalqına səslənib.
Ajans.az xəbər verir ki, həmin müraciət Netanyahunun sosial şəbəkədəki səhifəsində yerləşdirilib.
Netanyahu çıxışında iranlıların tarixi irsinə toxunaraq onları azadlıq uğrunda mübarizəyə çağırıb.
“Bizim qurucu atamız Teodor Hertslın yəhudi dövləti haqqında dediyi kimi: “İstəsəniz, bu, yuxu deyil”.
"...İndi isə azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Əgər istəsəniz, azad İran xəyal deyil. İndi hərəkət etmək, azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Sən tək deyilsən, mən səninləyəm. İsrail sizinlədir. İran iranlılar üçündür!” - İsrailin Baş naziri qeyd edib.
Mövzular: