Reklam resmi
Reklam resmi

Papikyanın müşaviri həbs edildi

Papikyanın müşaviri həbs edildi
Dünya

Ermənistan müdafiə naziri Suren Papikyanın müşaviri Arşak Orduxanyan həbs edilib.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“Bu şəxs barəsində Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (cinayətkar dəstə yaratmaq və ya ona rəhbərlik) və 257-ci maddənin 3-cü hissəsinin 1 və 3-cü bəndləri (cinayətkar dəstə tərəfindən külli miqdarda mənimsəmə) əsasında cinayət işi başlanıb”, - məlumatda bildirilib.

A.Orduxanyanın daha bir cinayət işi ilə üz-üzə olduğu və işin artıq məhkəməyə göndərildiyi qeyd edilib.

Mövzular:
Suren Papikyan Ermənistan Həbs

Digər Xəbərlər