Reklam resmi
Reklam resmi

Çinə tətbiq edilən yeni rüsumlar TƏXİRƏ SALINDI

Çinə tətbiq edilən yeni rüsumlar TƏXİRƏ SALINDI
Dünya

ABŞ Prezidenti Donald Tramp Çinə qarşı yeni tariflərin tətbiqini 90 gün təxirə salıb.

Ajans.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb. 

Məlumata görə, Ağ Ev rəsmisi bununla bağlı ABŞ liderinin sərəncam imzaladığını açıqlayıb.

Qeyd edək ki, Pekin və Vaşinqton arasında tarif atəşkəsi avqustun 12-də başa çatmalı idi.

Yeni sərəncam rüsumların tətbiqinin dayandırılması müddətinin bitməsinə cəmi bir neçə saat qalmış imzalanıb.

Mövzular:
ABŞ Çin yeni rüsum

Digər Xəbərlər