İsrailin müdafiə naziri Xameneini TƏHDİD ETDİ
İsrailin müdafiə naziri Yisrael Katz İran lideri Ayətullah Əli Xameneini yenidən təhdid edib.
Ajans.az xəbər verir ki, bu barədə Katz X hesabında məlumat yayıb.
“Xameneiyə sığınacaqdan çıxanda vaxtaşırı gözlərini göyə qaldırmağı və hər vızıltıya diqqətlə qulaq asmağı məsləhət görürəm”, - Katz paylaşımda qeyd edib.
Qeyd edək ki, bundan əvvəl də Katz İran liderini təhdid etmişdi.
Mövzular: