Polislər cinayətlə mübarizədə suni intellekt istifadə edirlər
Cersi polisi cinayətlə mübarizədə süni intellektdən (AI) istifadə edir. Polis idarəsinin illik hesabatında vurğulanıb ki, rəqəmsal texnologiyalar və süni intellekt cinayətlərin araşdırılmasında mühüm dəstək rolunu oynayır.
Ajans.az BBC-ə istinadən xəbər verir ki,Cersi Polis İdarəsinin rəhbəri Simon Harman texnologiyanın tətbiqini yüksək qiymətləndirərək, mart ayında şahid ifadələrinin yazıya çevrilməsi üçün süni intellektin sınaqdan keçirildiyini xatırladıb. Polis, AI-nin “uzunmüddətli səmərəlilik və təkmil qərarvermə” potensialına malik olduğunu, lakin bütün proseslərə insan nəzarətinin davam etdiyini bildirib.
Hesabatda, həmçinin adada itkin düşən gənclərlə bağlı hadisələrin və gənclər arasında cinayətlərin artdığı qeyd olunub. Bu hallar 2024-cü ildə təxminən 1,8 milyon funt sterlinqə başa gəlib.
Polis rəisi Robin Smit isə rəqəmsal məhkəmə ekspertizası adlanan məlumat toplama prosesində “artan xərclər, böyük həcm və yüksək tələbat” səbəbindən çətinliklərin davam etdiyini bildirib:
"İşlərin mürəkkəbliyi və böyük həcmli məlumat ciddi resurs və ixtisas tələb edir, biz isə bu istiqamətdə daim təkmilləşməyə çalışırıq," – deyə o vurğulayıb.