Reklam resmi
Reklam resmi

Prezidentliyə namizəd senator vəfat edib

Prezidentliyə namizəd senator vəfat edib
Dünya

İyun ayında seçki kampaniyası zamanı başından vurularaq xəstəxanaya yerləşdirilən kolumbiyalı senator Migel Uribe, ailəsinin verdiyi məlumata görə, bazar ertəsi vəfat edib.

Ajans.az Firstpost-a istinadən xəbər verir ki,39 yaşlı  Kolumbiyalı siyasətçi Migel Uribe mitinq zamanı başından vurulmuş, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Uribenin həyat yoldaşı Maria Claudia Tarazona sosial şəbəkədə paylaşım edərək, “Sən həmişə mənim həyatımın sevgisi olacaqsan. Sevgi ilə dolu bir həyat üçün təşəkkür edirəm. Rahat yat, həyatımın sevgisi. Uşaqlarımızın qayğısına qalacağam” sözlərini yazıb.

Uribenin ölümü, ailəsinin faciələrlə dolu tarixində daha bir qara səhifə açıb. Onun anası, tanınmış jurnalist Diana Turbay, 1991-ci ildə narkobaron Pablo Eskobarın rəhbərlik etdiyi Medellin Karteli tərəfindən qaçırılmış, uğursuz xilasetmə əməliyyatı zamanı həlak olmuşdu.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Migel Uribe Kolumbiya

Digər Xəbərlər