Reklam resmi
Reklam resmi

Nəhəng obyekt yadplanetlilər ola bilər

Nəhəng obyekt yadplanetlilər ola bilər
Dünya

Harvard Universitetinin fiziki, professor Avi Loeb, Günəş sistemindən keçən nadir ulduzlararası obyektin “kəşfiyyat missiyasında olan yadplanetli texnologiya” ola biləcəyi ehtimalını irəli sürüb.

Ajans.az FOX-a istinadən xəbər verir ki,təxminən 20 kilometr enində olan və Manhettendən böyük sayılan 3I/ATLAS həm ölçüsünə, həm də parlaqlığına görə qeyri-adi hesab olunur. NASA obyekti kometa kimi təsnif etsə də, Loeb onun “adi kometadan fərqli” xüsusiyyətlərə malik olduğunu bildirir. Onun sözlərinə görə, kometalarda parıltı adətən arxada – toz və qaz quyruğunda görünür, lakin bu obyektin qarşı hissəsində parıltı müşahidə olunub.

Loeb həmçinin obyektin trayektoriyasının təsadüfi olmadığını düşünür: “Günəş sisteminə təsadüfi istiqamətlərdən daxil olan obyektlərin yalnız 500-dən biri planetlərin orbitləri ilə bu qədər uyğun gələrdi”. 3I/ATLAS-ın Mars, Venera və Yupiterin yaxınlığından keçəcəyi gözlənilir ki, bu da onun fikrincə, nadir təsadüf ola bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Harvard Universiteti ABŞ NASA

Digər Xəbərlər