Reklam resmi
Reklam resmi

Dinozavr izləri aşkar olunub

Dinozavr izləri aşkar olunub
Dünya

İyulun əvvəlində Texas Hill Country-də baş verən, ən azı 135 nəfərin ölümünə səbəb olan dağıdıcı daşqın Travis qraflığında nadir tarixi tapıntıya yol açıb. Sandy Creek ərazisində dağıntıların təmizlənməsi zamanı könüllülər 15 böyük, üç pəncəli dinozavr ayaq izi aşkarlayıblar.

Ajans.az CNN-ə istinadən xəbər verir ki,Ostindəki Texas Universitetinin Cekson Yer Tarixi Muzeyinin paleontoloqu Metyu Braun izlərin təxminən 110–115 milyon il əvvəl yaşamış ikiayaqlı ətyeyən Acrocanthosaurus tipli dinozavrlara aid olduğunu bildirib. Hər bir izin uzunluğu 18–20 düymdür və izlər Glen Rose Formation adlı qədim əhəngdaşında qorunub saxlanılıb.

Braunun sözlərinə görə, güclü daşqınlar izlərin üzərindəki torpaq və çınqılları yuyub apararaq onların üzə çıxmasına səbəb olub. Travis qraflığında adətən quru olan Sandy Creek daşqın zamanı 20 fut yüksəlib, ağacları, avtomobilləri və evləri aparıb.

Mütəxəssislər izlərin qorunması üçün əraziyə məhdudiyyətlər tətbiq ediblər. Yerli sakin Karl Stoverin çəkdiyi fotolar izlərin idman ayaqqabısından bir qədər böyük olduğunu göstərir.

Travis qraflığı, təxminən 113 milyon il əvvəl sauropod və teropod izləri ilə məşhur Dinosaur Valley Dövlət Parkından 200 mil cənubda yerləşir. Paleontoloqlar yaxın günlərdə əraziyə qayıdaraq izlərin xəritəsini çıxarmağı və 3D təsvirlərini hazırlamağı planlaşdırırlar. Onlar həmçinin izlərin bir qrupa, yoxsa tək bir dinozavra məxsus olduğunu müəyyən etməyə çalışacaqlar.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Dinozavr ABŞ

Digər Xəbərlər