Reklam resmi
Reklam resmi

Məhşur aktrisaya AĞIR İTKİ

Məhşur aktrisaya AĞIR İTKİ
Dünya

Balıkəsirdə Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ məşhur aktrisa Eylül Tumbarın ailəsinə də faciə yaşadıb. Zəlzələ nəticəsində dağıntılar altında qalan və xilas edilə bilməyən şəxsin onun əmisi, 81 yaşlı təqaüdçü Nihat Önbaş olduğu müəyyən edilib.

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki,Eylül Tumbar sosial şəbəkə hesabında “Əmimi xilas edə bilmədilər. Başsağlığı verirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm” paylaşımını edib.

Daxili İşlər Naziri Ali Yerlikaya zəlzələdən sonra bölgədə bir sıra artçı təkanların qeydə alındığını bildirib. Hadisə zamanı Nihat Önbaşın həyat yoldaşı Həmdide Önbaşın qolunun sındığı, vəziyyətinin stabil olduğu açıqlanıb.

Balıkəsirdə hiss olunan güclü təkanlar İstanbul, Bursa, Kocaeli və ətraf vilayətlərdə də duyulub. Xilasedicilər tərəfindən üçmərtəbəli binanın dağıntıları altından çıxarılan Nihat Önbaş bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Balıkəsir Sındırgı rayonu Eylül Tumbar

Digər Xəbərlər