Reklam resmi
Reklam resmi

Cənubi Koreya ordusu 20% azalıb

Cənubi Koreya ordusu 20% azalıb
Dünya

Cənubi Koreya ordusunun sayı son altı ildə 20% azalaraq təxminən 450 min nəfərə enib. Müdafiə Nazirliyinin bazar günü açıqladığı hesabatda bildirilib ki, bu azalmanın əsas səbəbi ölkədə qadına düşən 0,75 körpə ilə dünyanın ən aşağı doğum səviyyəsidir.

Ajans.az BBC-ə istinadən xəbər verir ki,iyul ayında yerli tədqiqatçılar tərəfindən dərc olunan araşdırmada vurğulanaraq,Cənubi Koreya Şimaldan gələn hücuma qarşı müdafiə üçün ən azı 500 min əsgərə ehtiyac duyur.

Hesabata görə, 2006-cı ildən bəri ordudakı bölmələrin sayı 59-dan 42-yə düşüb – bəziləri ləğv edilib, bəziləri isə birləşdirilib. Ordunun sayının azalmasına baxmayaraq, hökumət regionda artan geosiyasi gərginlik fonunda müdafiə büdcəsini artırır. 2025-ci il üçün planlaşdırılan 60 trilyon von (təxminən 43 milyard dollar) büdcə Şimali Koreyanın ümumi daxili məhsulundan daha çoxdur.

Hazırda bütün sağlam kişilər 18 aylıq hərbi xidməti keçməyə borcludur, nadir hallarda istisnalar tətbiq olunur. Lakin hərbi xidmət ölkədə geniş populyarlıq qazanmayıb — tənqidçilər bunun gənclərin karyerasına mənfi təsir etdiyini deyirlər. Gender bərabərliyi ilə bağlı müzakirələrdə bəzi mühafizəkarlar qadınların da hərbi xidmətə cəlb olunmasını təklif edirlər.

Cənubi Koreya ardıcıl olaraq dünyanın ən aşağı doğum göstəricilərinə sahibdir: 2018-ci ildə qadına 0,98, 2020-ci ildə 0,84, 2023-cü ildə 0,72, 2024-cü ildə isə 0,75 körpə düşüb. Ekspertlər xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, ölkə əhalisi uzunmüddətli perspektivdə iki dəfə azala bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Cənubi Koreya ordu

Digər Xəbərlər