Dağıstanın bu şəhərlərində küçələri SU BASDI
Dağıstanın Mahaçqala və digər şəhərlərində güclü leysan yağışları nəticəsində küçələr su altında qalıb.
Ajans.az Rusiya mediasına istinadən xəbər verir ki, Dağıstana bir neçə saat ərzində respublikada aylıq normadan çox yağıntı düşüb. Mahaçqala ilə yanaşı, Kaspisk və digər şəhərlərin küçə və yollarını su basıb.
Bəzi avtomobillər suyun altında qalıb. Gunyib rayonunda şiddətli külək və dolu evlərin damlarına və elektrik xətlərinə ziyan vurub.
Mövzular: