Reklam resmi
Reklam resmi

Türkiyənin bu bölgəsində üç yanaşı fabrik YANIR

Türkiyənin bu bölgəsində üç yanaşı fabrik YANIR
Dünya

Türkiyənin Kocaeli vilayətində sənaye, mətbəx avadanlığı istehsal edən fabrik yanır.

Ajans.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Darıca rayonunda qeydə alınıb.

Məlumata görə, yanğın qısa zamanda genişlənib və alov yaxınlıqdakı iki fabrikə də sıçrayıb.

Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Tüstüdən zəhərlənən bir yanğınsöndürən Darıca Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Yanğının səbəbi məlum deyil.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Mövzular:
yanğın Türkiyə fabrik Kocaeli

Digər Xəbərlər