Reklam resmi
Reklam resmi

Britaniya İsraili sanksiya ilə hədələdi

Britaniya İsraili sanksiya ilə hədələdi
Dünya

Böyük Britaniya hökuməti Qəzzanın tamamilə işğalı planlarına cavab olaraq İsrailə qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür.

Ajans.az xəbər verir ki, bu barədə “Tayms” nəşri məlumat yayıb.

“Benyamin Netanyahu Qəzzanın tam işğalı planlarını irəli sürərsə, Britaniya cavab tədbirləri paketinin bir hissəsi olaraq İsrailə qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür”, - nəşr bildirib.

Məlumatda qeyd olunub ki, Britaniya Müdafiə Nazirliyi həmçinin İsrail hərbi personalına Böyük Britaniyada təlim kurslarına getməyi qadağan etməyi də nəzərdən keçirir.

Mövzular:
Böyük Britaniya hökuməti İsrail Sanksiyalar

Digər Xəbərlər