Reklam resmi
Reklam resmi

Gənc mühəndisin faciəvi ölümü

Gənc mühəndisin faciəvi ölümü
Dünya

Konyanın Beyşehir rayonunda mərmər ocağında çalışan 33 yaşlı mədən mühəndisi Selman İlkel, ekskavatordan yıxılan 3 tonluq mərmər blokunun altında qalaraq həyatını itirib. O, hadisədən cəmi 25 gün əvvəl işə başlamışdı.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,qəza səhər saat 11:00 radələrində Beyşehir rayonunun Gökçimen məhəlləsində baş verib. İddialara görə, Hataydan gələn İlkel tərəziyə qoyulmaq üçün hərəkət etdirilən mərmər blokunun ekskavatordan düşməsi nəticəsində ağır şəkildə əzilib.

Hadisəni görən həmkarları dərhal həkim və jandarma qruplarına məlumat verib. Hadisə yerinə gələn tibbi briqada mühəndisin həyatını itirdiyini müəyyən edib.

Meyit, müayinə aparılması üçün Beyşehir Dövlət Xəstəxanasının morquna aparılıb. Jandarma insidentlə bağlı araşdırmaya başlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Konya Türkiyə

Digər Xəbərlər