Reklam resmi
Reklam resmi

Nyu-Yorkun mərkəzində atışma: zərərçəkənlər var

Nyu-Yorkun mərkəzində atışma: zərərçəkənlər var
Dünya

Nyu-Yorkun məşhur Taymz Skver meydanında silahlı insident baş verib.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat verib.

Məlumata görə, atışma nəticəsində 3 nəfər yaralanıb.

Nyu-York Polis İdarəsindən bildiriblər ki, 65 və 19 yaşllarında 2 kişi müxtəlif nayihələrindən güllə yarası alıblar, 18 yaşlı qadın isə boyun nayihəsində yüngül yaralanıb. Silahlı insidentdə əvvəl iki nəfər arasında mübahisə düşüb.

Atəş açan şəxs hadisə yerində həbs olunub. Zərərçəkənlər Bellevu xəstəxanasına təxliyə olunublar, onların aldıqları yaraların həyati təhlükəli olmadığı deyilir./ az.trend.az

Mövzular:
Nyu-York Polis İdarəsi Taymz Skve Silahlı insident

Digər Xəbərlər