Ajans.az xəbər verir ki, bu barədə təşkilatın baş katibinin müavini Stefani Trembl brifinqdə məlumat verib.

O qeyd edib ki, BMT-nin mənzil-qərargahında zirvə görüşünün keçirilməsi məsələsi müzakirə olunmayıb.

"Hazırda düşünmürəm ki, bu, görüşü planlaşdıranlar tərəfindən nəzərdən keçirilən bir variantdır", - o bildirib.

Bununla yanaşı, Trembl vurğulayıb ki, BMT-nin qapıları dialoq üçün hər zaman açıqdır.

"Biz həmişə dialoqu təşviq edirik və ümid edirik ki, nəticədə BMT Nizamnaməsinə uyğun olaraq Ukraynada hərbi əməliyyatların dayandırılması istiqamətində irəliləyiş əldə olunacaq", - Trembl əlavə edib.