Reklam resmi
Reklam resmi

Mikroavtobus çay yatağına yuvarlandı: 2 ölü, 4 yaralı

Mikroavtobus çay yatağına yuvarlandı: 2 ölü, 4 yaralı
Dünya

Trabzonun Çaykara rayonunun Dəmirkapı yaylasında ərəb turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə Balık Gölü (Balıq Gölü) yaxınlığında baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi döngədə yolun kənarından çıxaraq çay yatağına aşıb.

Qəza yerinə jandarma, təcili tibbi yardım və xilasedici qruplar cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar xilas edilərək tibbi yardıma təhvil verilib. Yaralıların daşınması üçün təcili yardım helikopteri də göndərilib.

Qurbanların və yaralıların şəxsiyyətləri hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Trabzon qəza

Digər Xəbərlər