Reklam resmi
Reklam resmi

İyul ən isti ay kimi tarixə düşdü

İyul ən isti ay kimi tarixə düşdü
Dünya

Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) ekspertlərinin açıqlamasına əsasən, bu ilin iyul ayı qlobal miqyasda müşahidə tarixində üçüncü ən isti ay kimi qeydə alınıb.

Ajans.az xəbər veir ki,iyul ayında Yer səthində orta temperatur 16,68°C təşkil edib. Bu göstərici 1991–2020-ci illərin iyul ayları üzrə orta temperaturundan 0,45°C yüksəkdir.

Qlobal istilik dalğaları bir çox regionda ekstremal hava şəraitinə səbəb olub. Körfəz ölkələrində, İraqda və ilk dəfə olaraq Türkiyədə temperatur 50°C-ni keçib. Eyni zamanda, Çin və Pakistanda baş verən intensiv leysan yağışları yüzlərlə insanın həyatına son qoyub.

Rekord temperatur seriyası sona çatdı

Kopernik Xidmətinin direktoru Karlo Buontempo qeyd edib ki, bu iyul ayı əvvəlki iki ilin rekord göstəricilərindən (2023 və 2024-cü illər) geri qalsa da, hələ də sənaye inqilabından əvvəlki dövr (1850–1900) ilə müqayisədə 1,25°C daha yüksək temperatur müşahidə olunub.

“Rekordlar silsiləsinin dayandığına baxmayaraq, bu iqlim dəyişikliyinin sona çatdığı anlamına gəlmir. İstiləşən dünyanın fəsadlarını, o cümlədən həddindən artıq isti dalğaları və dağıdıcı daşqınları müşahidə etməyə davam edirik,” – deyə Buontempo bildirib.

Mövzular:
İyul Meteorologiya

Digər Xəbərlər