Ukraynalı partizan Rusiyada Mi-28 hücum helikopterini PARTLATDI
Rusiyanın Tver vilayətindəki hərbi bazasında18 milyon dollarlıq Mi-28 hücum helikopteri partladılıb.
Ajans.az "Unian.net"ə istinadən xəbər verir ki, partlayışın məsuliyyətini "Ukrayna Xalq Müqaviməti" partizan hərəkatı öz üzərinə götürüb.
Bildirilir ki, partlayıcı qurğular helikopterə ukraynalı partizan tərəfindən yerləşdirilib .
Qeyd olunur ki, partizan Torjok şəhəri yaxınlığında yerləşən aviasiyanın ərazisinə daxil olub.
O, uçuş-enmə zolağına yaxın açıq ərazidə dayanan Mi-28-in altına iki partlayıcı qurğu yerləşdirib.
Mövzular: