Ajans.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. 

ABŞ-ın Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında naməlum şəxs tərəfindən atəş açılıb.

“Hazırda vəziyyəti qiymətləndiririk, lakin atəş açılması ilə bağlı insidentin baş verdiyini təsdiqləyə bilərik”, – deyə bazanın nümayəndəsi, polkovnik-leytenant Endjel Tomko bildirib.

Bildirildiyinə görə, hadisənin səbəbləri haqqında hələlik məlumat yoxdur, ərazidə nəqliyyatın hərəkəti məhdudlaşıdırılıb.

Hadisə yerinə yaxın olan şəxsi heyətə bütün qapı və pəncərələri bağlı saxlamaları tapşırılıb.

Agentliyin qeyd etdiyinə görə, Fort-Styuart ABŞ-ın ən iri hərbi bazalarından biridir və burada minlərlə hərbçi xidmət edir.

Hərbi bazadakı atışmada beş hərbçi güllələnib. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Atəş açan şəxs həbs edilib. ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Livit Donald Trampın hadisə ilə bağlı məlumatlandırıldığını və Ağ evin hadisəni izlədiyini deyib.

İnsidentin detalları açıqlanmayıb.